Rusiya Gürcüstana diplomatik münasibətləri bərpa etməyi təklif edib

Rusiya Gürcüstana diplomatik münasibətləri bərpa etməyi təklif edib
# 02 mart 2012 19:46 (UTC +04:00)
Bakı-APA. Rusiya Gürcüstanla qarşılıqlı əsasda vizasız rejim tətbiq etməyə hazırdır və diplomatik münasibətləri bərpa etməyi təklif edir. Rusiya XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin bəyanatında belə deyilir.

«Biz Rusiya və Gürcüstan xalqları arasında əlaqələrin möhkəmləndirilməsində maraqlı olmuşuq və indi də maraqlıyıq. Qarşılıqlı əsasda Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etməyə hazırıq. Bunun üçün Gürcüstan tərəfinin bu ölkəyə gedən rusiyalıların təhlükəsizliyini təmin edəcək etibarlı hüquqi şərtləri təmin etməsi vacibdir. Həmçinin ölkələrimiz arasında diplomatik münasibətləri bərpa etməyi təklif edirik», deyə Rusiya XİN rəsmi nümayəndəsi bəyan edib.

O Moskvanın Gürcüstanın bu təkliflərə reaksiyasını gözlədiyini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan Rusiya üçün vizasız rejim tətbiq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR