İran Milli Simfonik Orkestri fəaliyyətini dayandırıb

İran Milli Simfonik Orkestri fəaliyyətini dayandırıb
# 31 oktyabr 2012 07:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Milli Simfonik Orkestri maliyyə çatışmazlığı səbəbindən çətin günlərini yaşayır. APA-nın İLNA-ya istinadən məlumatına görə, artıq orkestrdə çalışan musiqiçilər üç aydır maaşlarını ala bilmir. Hətta onları məşqlərə də çağırmırlar. Köhnələn alətlərin dəyişdirilməməsi ilə yanaşı, musiqiçilərlə müqavilələrin yenilənməsi gözlənilmir. İran hakimiyyəti isə orkestrin dağılması barədə xəbərlərə hələlik heç bir reaksiya verməyib.

Qeyd edək ki, İran Milli Simfonik Orkestrinin 13 yaşı var. İranda islam inqilabından əvvəl də simfonik orkestr olub, lakin şah rejimi süquta uğradıqdan sonar orkestrin üzvləri qovulublar. İranda ilk simfonik orkestr 1930-cu illərdə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR