Suriya təhlükəsizlik qüvvələri 50 nəfəri qətlə yetiriblər

Suriya təhlükəsizlik qüvvələri 50 nəfəri qətlə yetiriblər
# 26 may 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Suriya hüquq müdafiəçiləri Hula şəhərində təhlükəsizlik qüvvələrinin 50 nəfəri, o cümlədən 13 uşağı qətlə yetirdiyi barədə məlumat yayıblar.

Londonda yerləşən «Suriya insan haqlarına riayət üzrə monitorinq mərkəzi»nin məlumatına görə, Hula şəhərində nümayişçilər və ordu arasında güclü atışma baş verib. Atışma ordunun nümayişçilərə atəş açmasından sonra başlayıb.

Müxalifətçilərin sözlərinə görə, qarşıdurma nəticəsində bir neçə hərbçi öldürülüb və 5 tank məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR