İranın energetika nazirinin müavini: “Tehranla Naxçıvan Muxtar Respublikası arasında elektrik enerjisinin mübadiləsinə dair müzakirələr aparılır”
10 iyun 2012 00:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Naxçıvan Muxtar Respublikası arasında elektrik mübadiləsinə dair müzakirələr aparılır. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın energetika nazirinin müavini Məhəmməd Behzad bildirib. O deyib ki, hazırda hər gün orta hesabla İrandan 1500 megavatt elektrik enerjisi qonşu ölkələrə ixrac edilir. İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Azərbaycan, Suriya və Livan İrandan elektrik enerjisi alır. Hazırda bəzi Mərkəzi Asiya ölkələri, həmçinin Ermənistan, Türkmənistan və Naxçıvan Muxtar Respublikası ilə elektrik enerjisinin mübadiləsinə dair danışıqlar aparılır. İran bəzi qonşu ölkələrdən elektrik enerjisi idxal edərək, Türkiyə və Avropa ölkələrinə tranzit imkanı yaratmaq istəyir”.
Asiya
Cənubi Koreya ABŞ-nin rəhbərlik etdiyi kiber təlimlərdə iştirak edəcək
08:35
5 may 2024
KİV: İsrail-HƏMAS atəşkəs danışıqları uğursuzluqla nəticələnib
06:25
5 may 2024
İsrail və HƏMAS bir neçə gün sonra atəşkəs barədə razılığa gələ bilər
02:47
5 may 2024
İsrail ordusu “İslami Cihad” təşkilatının komandirinin öldürüldüyünü açıqlayıb
01:53
5 may 2024