Azərbaycan-Rusiya sərhədində 100-dək maşın növbə gözləyir
29 avqust 2012 12:25 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Azərbaycanla Rusiya Federasiyası dövlət sərhədində avtomobillərin növbəsi davam edir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya-Azərbaycan dövlət sərhədində yerləşən Samur keçid məntəqəsində artıq bir neçə gündür ki, uzun növbələr yaranıb.
Keçid məntəqəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, ərazidə təxminən 100-ə yaxın maşını və avtobus növbə gözləyir.
Problemin isə Rusiya tərəfindən qaynaqlandığı bildirilir. Məntəqədən verilən məlumata görə, problemin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır.
Qeyd edək ki, Rusiyaya keçmək üçün növbə gözləyənlərin çoxu minik avtomaşınıdır. Onların sahibləri isə əsasən istirahət üçün Azərbaycana gəlmiş Rusiyada yaşayan azərbaycanlılardır.
Rusiyada sentyabrın 1-dən orta məktəblərdə dərslər başladığından valideynlər övladlarının yeni tədris ilinə çatmayacağından narahatdırlar.

Sosial
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024