İran daha iki sualtı qayığı dənizə buraxıb

İran daha iki sualtı qayığı dənizə buraxıb
# 10 fevral 2012 22:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda daha iki “Qədir” sualtı qayığı istehsal olunaraq Hərbi-Dəniz Qüvvələrinə təhvil verilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiralı Həbibulla Səyyari məlumat verib. Onun sözlərinə görə, qayıqlar fevralın 10-da dənizə buraxılıb: ““Qədir” sualtı gəmiləri İran, xüsusilə də Fars körfəzinin dayaz hissəsi üçün istehsal olunaraq istifadəyə verilib. Bu sualtı qayıqlar donanmamızın ehtiyaclarına cavab verir və dənizdəki gücümüzü daha da artırır”.
Qeyd edək ki, İran ötən ilin noyabrında üç ədəd “Qədir” sualtı gəmisini dənizə buraxıb. Ümumiyyətlə, İran Hərbi-Dəniz Qüvvələrinin əlində 12 ədəd yüngül, 3 ədəd də Rusiya istehsalı olan sualtı qayığın olduğu ehtimal edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR