Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Azərbaycan dilinə internetdə yerləşdirilib

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Azərbaycan dilinə internetdə yerləşdirilib
# 22 fevral 2012 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda «Mühasibat uçotu haqqında» qanunun 4.3.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası, Mühasiblərin Beynəlxalq Federasiyası və ya digər aidiyyəti orqanlardan bu tərcümələrin Azərbaycan dilinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının rəsmi mətnləri kimi təsdiq edilməsini təşkil edir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, qanunda göstərilən tələblərin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 2011-ci il buraxılışları üzrə Azərbaycan dilinə tərcümələrinin rəsmi mətnlər kimi təsdiq edilməsi üzrə işlər görülüb və beynəlxalq standartların mülkiyyətçisi olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Fondu bu tərcümələrin adıçəkilən standartlar üzrə Azərbaycan dilində rəsmi mətnlər kimi qəbul etdiyini bildirib, həmçinin nəşr olunmasına razılıq verib.

Adıçəkilən Fond həmin standartları özlərinin www.ifrs.org rəsmi internet səhifələrində yerləşdirilib.

Həmçinin həmin rəsmi mətnlər Nazirliyin internet səhifəsində yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR