Azərbaycanda qumar oyunları təşkil edən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib

Azərbaycanda qumar oyunları təşkil edən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib
# 17 fevral 2012 13:17 (UTC +04:00)
Məlumata görə, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi və İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları fevralın 8-də paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 96 ünvanındakı binanın zirzəmisində qumar oyunlarının keçirildiyini aşkar edib. Fevralın 10-da faktla bağlı Cinayət Məcəlləsinin 244.1.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı qumarxananın Naib adlı şəxs tərəfindən təşkil edildiyi, Məmmədov Elgün Qadir oğlunun isə oranın nəzarətçisi olduğu müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-istintaq tədbirləri nəticəsində fevralın 9-da Binəqədi rayonu, 6-cı mikrorayon, S. Məmmədova küçəsində yerləşən şadlıq evinin birinci mərtəbəsində qumar oyunu keçirildiyi aşkar edilib.

Müəyyən olunub ki, Allahverdiyev Eldəniz Cəbrayıl oğlu, qardaşı Allahverdi ilə qabaqcadan əlbir olub 17 yanvar 2012-ci il tarixdən qeyd olunan məkanda «Rus lotosu» qumar oyunları təşkil ediblər. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar zamanı E. Allahverdiyevin əməli Cinayət Məcəlləsinin 244.1.2.2-ci maddəsi ilə tövsif edilərək şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fevralın 15-də isə Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən «Prestij club» çay evində qumar oyunlarının keçirildiyi və həmin oyunların Pərviz adlı şəxs tərəfindən təşkil olunduğu müəyyən edilib. 16 fevral 2012-ci il tarixdə faktla bağlı Cinayət Məcəlləsinin 244.1.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə BŞBPİ İstintaq və Təhqiqat İdarəsi, Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində fevralın 15-də Xətai rayonu, Əhmədli qəsəbəsi, M. Rüstəmov və Sarayevo küçələrinin kəsişməsində yerləşən «Nülufər» şadlıq sarayının birinci mərtəbəsində qumar oyunlarının keçirildiyi aşkar edilib.

Araşdırmalar zamanı Hüseynov Hüseyn Vəli oğlu tanışı Səmədov Hüseynpaşa Rəfail oğlu ilə qabaqcadan əlbir olub qeyd olunan şadlıq sarayının birinci mərtəbəsində qeyri-rəsmi olaraq icarəyə götürdüyü zalda təxminən 1 ay 20 gün müddətində kompyuterlərdə uduşlu kazino-qumar oyunları keçirdikləri məlum olub. Fevralın 16-da faktla bağlı CM-in 244.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb, daha sonra H. Hüseynovun əməli Məcəllənin 244.1.2.2-ci maddəsi ilə tövsif edilərək şübhəli şəxs qismində tutulub.

Hazırda bütün hallar üzrə araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR