Şuşa Dövlət Musiqili Dram Teatrında “Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş etdiriləcək

Şuşa Dövlət Musiqili Dram Teatrında “Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş etdiriləcək
# 16 iyun 2012 14:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Şuşa Dövlət Musiqili Dram Teatrında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” festivalı çərçivəsində “Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş etdiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, nümayiş festivalın bağlanış gününə – iyunun 25-nə təsadüf edəcək.

Saat 17.00-da başlayacaq tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Rolları əməkdar artistlər İqrar Salamov, Şükufə Musayeva və başqaları oynayacaq
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR