Olimpiadada qadın güləşçimiz Mariya Stadnik yarımfinala çıxıb

Olimpiadada qadın güləşçimiz Mariya Stadnik yarımfinala çıxıb
# 08 avqust 2012 15:37 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk mərhələdə çıxış etməkdən azad olan güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. O, bu mərhələdə ABŞ təmsilçisi Lonq Çunla qarşılaşıb və hər iki hissədə qalib gələrək növbəti mərhələyə çıxıb. 4/1 finalda polyak İvona Matkovska ilə qarşılaşan Mariya Stadnik hər iki hissdə əla forma nümayiş etdirib və yarımfinala çıxıb. Stadnikin yarımfinalda rəqibi ukraynalı İrina Merleni olacaq. Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR