Federasiya Şurasının mətbuat xidməti Valentina Matviyenkonun Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
13 iyul 2012 15:41 (UTC +04:00)
APA-nın Moskva bürosunun məlumatına görə, bəyanatda bildirilir:
“Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Federasiya Şurasının sədri Valentina Matviyenkonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikirlərinin yer alması ilə əlaqədar Rusiyanın bu məsələyə dair mövqeyinə aydınlıq gətirməyi zəruri sayırıq. Bu mövqe spikerin Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərdə və iyulun 11-də Federasiya Şurası nümayəndə heyətinin İrəvana səfəri zamanı jurnalistlərlə söhbətdə səsləndirilib. Rusiya bu mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız sülh danışıqları yolu ilə baş tuta bilər, bu zaman tərəflər beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürməlidir. Münaqişənin nizamlanması zamanı Ermənistan və Azərbaycanın maraqları nəzərə alınmalı, güc tətbiq etməmək, ərazi bütövlüyünə hörmət, bərabərhüquqluluq və xalqların öz müqəddəratını təyinetməsi kimi prinsiplərə əsaslanmalıdır. Buna görə də tərəflərin tükənmiş etimad mühitini aşaraq mövqelərini tədricən yaxınlaşdırması zəruridir. ATƏT-in Minsk Qrupunun vasitəçilik səyləri, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli formatda danışıqları buna dəstək verməyə yönəlib. Bununla belə anlamaq lazımdır ki, vasitəçilik səyləri, nizamlanmada irəliləyişə nail olmağın mühüm elementi olsa da, yalnız dialoq qurulması üçün vasitə olaraq qalır. Sülh sazişinin imzalanmasına görə məsuliyyət yenə də Ermənistan və Azərbaycanın üzərinə düşür. Bu, Los-Kabosda keçirilən “G-20” sammitində Rusiya, Fransa və ABŞ liderlərinin birgə bəyanatında da öz əksini tapıb”.
Qeyd edək ki, Ermənistanda nəşr olunan “Qraparak” qəzetinin yazdığına görə, Valentina Matviyenko İrəvandakı “Köhnə İrəvan” restoranında onun şərəfinə verilən ziyafətdə bildirib ki, “dünyada hamı yaxşı anlayır ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq, lakin Bakıda bunu bəyan edə biləcək siyasətçilər hələlik yoxdur”.

Xarici siyasət
Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
23:01
12 may 2024
Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib
16:32
12 may 2024
Azərbaycan XİN Braziliyaya başsağlığı verib
16:23
12 may 2024
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir
15:04
11 may 2024