ARDNF rəhbəri Mexikoda keçirilən Suveren Fondların Beynəlxalq Forumunda iştirak edib - FOTO

ARDNF rəhbəri Mexikoda keçirilən Suveren Fondların Beynəlxalq Forumunda iştirak edib - <font color=red>FOTO</font>
# 11 sentyabr 2012 07:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il sentyabrın 5-7-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Mexiko şəhərində (Meksika) Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) IV iclasında iştirak edib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, SFBF-nin iclasında 2011-ci ildə Pekində “Santyaqo Prinsipləri”nin yerinə yetirilməsi üzrə qərara alınmış öhdəliklər, risklərin idarə edilməsi və investisiya mühiti, açıq investisiya mühitinin təmin edilməsi, eləcə də daxili idarəetmə məsələlərində əldə edilmiş irəliləyişlər barədə fikir mübadiləsi aparılıb.

SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclası 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirilib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mexikonun mərkəzi prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı və Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklil qoyub.

Nümayəndə heyəti həmçinin Meksikanın Tarixi Mərkəz rayonu ərazisindəki Tlakskoake-Xocalı meydanını və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR