Yasamalda suyun verilməsində fasilə olacaq

Yasamalda suyun verilməsində fasilə olacaq
# 30 oktyabr 2012 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı şəhəri Yasamal rayonunda yerləşən “+160 Qərb” su anbarından “Qızıl Şərq” adlanan hərbi şəhərcik istiqamətində yeni çəkilmiş 700 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar oktyabrın 30-da gün ərzində Yasamal rayonu Ş.Mehdiyev, A.Abbasov, A.Şərifzadə, M.Seyidov, Z. Xəlilov küçələrinə və Hüseyn Cavid prospektinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR