Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edib

Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edib
# 21 fevral 2012 09:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Yalçın İmanov həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərli və İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyası zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli ilə görüşüb.

Yalçın İmanov APA-ya açıqlamasında onların saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində bəzi problemlərin olduğunu bildirib: “Orada su problemi var. Əhəd Məmmədlinin bildirdiyinə görə, soyuq havalar zamanı müəssisədə ümumiyyətlə su olmur. Həmçinin istilik sistemi də yox səviyyəsindədir”.

Y. İmanov V. İsgəndərlinin yerli və beynəlxalq hüquq - müdafiə təşkilatlarına müraciət göndərdiyini də bildirib: “O məndən xahiş etdi ki, müraciətini həmin təşkilatlara çatdırım. Vidadi İsgəndərli hüquq müdafiəçiləri ilə görüşmək istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR