Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yükdaşımanın həcmi artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yükdaşımanın həcmi artıb
# 26 iyul 2012 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda hava nəqliyyatı ilə 685,2 min və ya 14,5% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daşınmanın 98,5%-i dövlət, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Hesabat dövründə hava nəqliyyatı ilə sərnişin dövriyyəsi ötən ilin analoji dövrünə nisbətən 16,6% artaraq 1 046,4 mln. sərnişin-km təşkil edib.

Bundan başqa, yanvar-iyun ayları ərzində hava nəqliyyatı ilə 28,4 min ton yük daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur. Yük dövriyyəsi 21,7% artaraq 133,1 mln. ton-km təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 hava limanı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR