Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 0,6% yüksəlib
# 15 iyun 2012 09:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 652 bəndədək, S&P 500 1,1% - 1 329 bəndədək, Nasdaq isə 0,6% - 2 836 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər təsir edib. Belə ki, dünyanın ən iri ölkələrinin mərkəzi banklarının Avropada kəskinləşən borclar böhranı ilə mübarizədə birgə tədbirlərin görülməsi barədə razılığa gəlməsi bazar iştirakçıları müsbət qarşılayıb.

Avropa fond bazarlarında iyunun 14-də FTSE 100 indeksi 0,3% - 5 467 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 139 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 033 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 627,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2627 (+0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR