Son iki ayda «Facebook»da Azərbaycandan olan istifadəçilərin sayı 3% artıb
22 oktyabr 2012 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 2 ay ərzində «Facebook» sosial şəbəkəsində Azərbaycandan olan istifadəçilərin sayı 3% və ya 27 min artaraq oktyabrın 22-nə 897 minə çatıb. Belə ki, avqustun 31-nə bu göstərici 870 min olub. «APA-Economics»in məlumatına görə, bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinin hesabatında bildirilir.
Hesabata əsasən, son 6 ay ərzində Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 129,5 min və ya 16,9%, son 3 ay ərzində isə 52,5 min və ya 6,2% artıb. Son ay ərzində istifadəçi artımı təxminən 19 min və ya 2,2% olub. Son həftə ərzində isə Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 2,5 min nəfər və ya 0,3% azalıb.
«Facebook» istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə Azərbaycan hazırda 85-ci yerdə qərarlaşıb. Halbuki, cari ilin yanvar ayında Azərbaycan 91-ci, mayda 87-ci, iyunda 86-cı, iyulda 85-ci, sentyabrda isə 84-cü yerdə idi. Azərbaycan reytinqdə Gürcüstan (87), Qazaxıstan (97), Estoniya (105), Belarus (107), Latviya (110), Ermənistan (115), Moldova (120), Özbəkistan (136), Qırğızıstan (152), Tacikistan (169) və Türkmənistanı (198) qabaqlayır.
Qeyd edək ki, Azərbaycanda «Facebook»dan əhalinin 10,8%-i və ölkənin ümumi internet istifadəçilərinin 24,3%-i istifadə edir.
Xatırladaq ki, dünyada «Facebook»dan istifadə edənlərin sayına görə birinci yeri ABŞ (167 mln. istifadəçi), ikinci yeri Hindistan (60,350 mln. istifadəçi), üçüncü yeri isə Braziliya (60,251 mln. istifadəçi) tutur.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024