Ərdoğan: “İranın nüvə proqramı hazırda bu ölkənin atom bombası istehsal etmək niyyətinin olmadığını göstərir”

Ərdoğan: “İranın nüvə proqramı hazırda bu ölkənin atom bombası istehsal etmək niyyətinin olmadığını göstərir”
# 08 sentyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Hazırda İranın atom bombası istehsal etmək niyyəti yoxdur. Bu ölkənin nüvə proqramı da bunu deməyə əsas verir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib. O, Türkiyə və Braziliyanın 2010-cu ildə İranla qərb dövlətləri arasındakı anlaşılmazlığı müzakirə etmək üçün apardığı səylərə toxunub: “Əgər səylər nəticə vermiş olsaydı, bu gün İran nüvə obyektləri üçün lazım olan uranı zənginləşdirməzdi və bütün ehtiyaclarını Qərbdən qarşılayardı”.

R. Ərdoğan bir daha İsrailə İranla bağlı xəbərdarlıq edib: “İsrailin təhdidləri reallaşmayacaq. Çünki bu təhdidlərin içi boşdur və reallaşması üçün heç bir səbəb yoxdur. İrana yönəlik hər cür hücum Orta Şərqdə böyük bir faciəyə səbəb olacaq”. Türkiyənin baş naziri həmçinin İsrailin nüvə silahlarını Orta Şərq bölgəsinin sabitliyinə yönəlmiş ciddi təhdid şəklində qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR