Bakıda ’’Xocalının haqq səsini dünyaya çatdır!’’ adlı aksiya keçirilir

Bakıda ’’Xocalının haqq səsini dünyaya çatdır!’’ adlı aksiya keçirilir
# 24 fevral 2012 12:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Fevralın 24-26-da Bakıda ’’Xocalının haqq səsini dünyaya çatdır!’’ adlı imzatoplama aksiyası keçiriləcək. APA-nın məlumatına görə, üç gün ərzində saat 13.00-dan 21.00-dək “Park Bulvar” AVM-də keçiriləcək aksiyada imzalanmış elektron petisia bir sıra qabaqcıl dövlətlərin rəsmi orqanlarına və Azərbaycandakı səfirliklərinə təqdim olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin təşəbbüsü ilə keçirilən imzatoplama aksiyasının əsas məqsədi daha çox insanın Xocalı faciəsi haqda məlumatlandırılmasıdır.

Müraciətdə “Xocalı Faciəsi”nin tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ermənilərin törətdikləri vəhşiliklər əks olunub. İmzatoplama aksiyasına qoşulmaq istəyənlər “Park Bulvar”ın 1-ci mərtəbəsində bunu edə bilərlər.

Elektron petisiyanın mətni ingilis dilindədir.

www.ipetitions.com (search:justice for khojaly) və www.justiceforkhojaly.org saytlarından imzatoplama aksiyasına qoşulmaq olar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR