İranda ABŞ əleyhinə kütləvi aksiyalar keçirilib

İranda ABŞ əleyhinə kütləvi aksiyalar keçirilib
# 15 sentyabr 2012 14:29 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yüz minlərlə insan cümə namazından sonra küçələrə axışaraq, ABŞ-da çəkilən və islam dinini, onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin istehsalına kəskin etirazlarını bildiriblər.

Yürüş-mitinq iştirakçıları ABŞ-ın bayrağını yandırıb, “Obamaya ölüm!” şüarı səsləndirib və İsraili pisləyiblər. Sonda nümayişin qətnaməsi oxunub və ABŞ rəhbərliyinin dünya müsəlmanlarından üzr istəməsi tələb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR