Azərbaycanda “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq tədbir keçirilib

Azərbaycanda “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq tədbir keçirilib
# 21 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı ilə “Mənəvi terrora etiraz” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbir Məhəmməd Peyğəmbər (s.) haqqında ABŞ-da çəkilmiş film və fransız jurnalında yer almış karikaturaya etiraz olaraq keçirilib.

Tədbirin keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “İslamafobiyaya yox!”, “Peyğəmbərimə (s.) əl uzatmayın!”, “Qərbin vətəndaş cəmiyyəti: niyə susursan?!” və digər şüarlar yazılmış plakatlar asılıb.

Əvvəlcə “Quran” tilavət olub, sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının himnini oxuyub.

Çıxış edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu deyib ki, Məhəmməd Peyğəmbərə (s.) qarşı rəzil, eybəcər, qeyri-insanı hərəkətlər edilib: “11 sentyabr hadisələrdən sonra İslama qarşı baş verənlərin bir adı var: mənəvi terror. Bu gün danışılmayan və üstündən keçilən terror baş verir. Bu 1, milyarddan çox insanın mənəviyyatına yönələn, insanların ən incə hisslərinə toxunan terrordur. Bunun əsası və məsuliyyəti daha ağırdır”.

İ. İbrahimoğlu onu da deyib ki, bu gün dünya birliyində İslama qarşı qeyri-adekvat rəftar artmaqdadır, bunun bir çox səbəbləri var: “Bunun əsas səbəbi İslamın dünyanın ən önəmli paytaxtlarında yer almasıdır. Bu gün bir sıra Avropa ölkələrində İslama maraq artıb. Statistikaya görə, 2020 və 2050-ci ilə qədər İslam Avropada daha nüfuzlu olacaq, Buna görə də Avropada bir qorxu var. İkinci ciddi səbəb odur ki, müsəlman əhalisi cavandır. Müsəlman ölkələrində cavanlar hərəkətverici potensialdırlar. Onlar İslami inancdan, birlikdən qorxurlar”.

Tədbir digər çıxışlarla davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR