BMT baş katibi Tehranda İran rəhbərliyi ilə görüşəcək
24 avqust 2012 08:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Nyu-Yorkda jurnalistlərə açıqlamasında BMT baş katibinin mətbuat katibi Martin Nesirki bildirib.
Avqustun 29-31-də Tehranda səfərdə olacaq baş katib Qoyulmayanlar Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək.
M. Nesirki bildirib ki, baş katib sammit iştirakçılarının diqqətini gündəlikdə olan məsələlərə, əsasən də silahsızlaşma, münaqişələrin qarşısının alınması, siyasi dəyişikliklər mərhələsində olan ölkələrə dəstək verilməsi məsələlərinə yönəltməyi düşünür.
“Baş katib fürsətdən istifadə edərək, regional sabitlik və İran xalqının rifahı naminə təcili həllini gözləyən məsələlərlə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını çatdıracaq. Söhbət İranın nüvə proqramı, terrorizm, insan haqları və Suriyadakı münaqişədən gedir”, - deyə mətbuat katibi vurğulayıb.

Amerika
TikTok qadağası Baydenin səslərini azalda bilər
10:01
28 aprel 2024
Entoni Blinken Yaxın Şərqə səfər edəcək
08:41
28 aprel 2024
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
03:39
28 aprel 2024
ABŞ-də nüvə müharibəsindən zərər görməyən təyyarənin yeni versiyası istehsal olunacaq
18:52
27 aprel 2024