“Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsi üzrə növbəti görüş keçirilib

“Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsi üzrə növbəti görüş keçirilib
# 17 fevral 2012 16:11 (UTC +04:00)
Bakı-APA. Qəbələ rayonunda keçirilən “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsinin növbəti qonağı GRBS® Beynəlxalq Tədris Mərkəzinin menecment üzrə aparıcı ekspertlərindən biri, eyni zamanda GRBS® Şirkətlər Qrupunun İdarəedici Partnyoru Bəhram Qurbanov olub. “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın APA-ya verdiyi məlumata görə, qonaq tərəfindən gənc liderlərə “Liderlik bacarıqları” mövzusunda master-klass keçirilib. Master-klass zamanı lider olmağa iddialı gənclər vizyonun qurulması ilə yanaşı, sistemli düşünmə, vaxtın idarə olunması, diqqəti cəlbetmə üsulları, etibarlılıq yaratmağın sirləri, təqdimata hazırlıq, natiqlik qabiliyyəti, dəyişikliyin əsas məqamları, təsir etmək üçün strategiyalar, menecer və lider arasındakı əsas fərqlər, münaqişələrin həlli yolları, strateji planlaşdırma kimi mövzularda da nəzəri və praktiki məlumatlar əldə ediblər.
Sonda hər bir iştirakçıya GRBS şirkətinin Dil Proqramları istiqaməti üzrə təklif edilən Ümumi və İşgüzar İngilis dili kurslarına, həmçinin TOEFL IBT, IELTS, GMAT, GRE, SAT və LSAT hazırlıq kurslarına 21 %-lik güzəşt kuponları təqdim edilib.
Tədbirdən sonra mövzu ilə bağlı iştirakçıların müxtəlif sualları Bəhram Qurbanov tərəfindən cavablandırılıb.
Xatırladaq ki, layihə Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR