Rövnəq Abdullayev: “Məsləhət görərdim ki, kişi futbolçulardan ibarət millimiz qızlardan nümunə götürsün”

Rövnəq Abdullayev: “Məsləhət görərdim ki, kişi futbolçulardan ibarət millimiz qızlardan nümunə götürsün”
# 09 mart 2012 09:33 (UTC +04:00)
Bakı – APA. “Bildiyiniz kimi, milli komandamızın Fələstin yığması ilə yoldaşlıq görüşünün nəticəsi FİFA tərəfindən ləğv olunub. Bu oyunla bağlı çox danışmaq istəmirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın Dubay toplanışına münasibət bildirərkən deyib.

Abdullayev 17 yaşlı qızlardan ibarət milli komandamızın oyununu izlədiyini bildirib: “Qadın futbolçularımız dünən çox gözəl qollara imza atdılar. Mən məsləhət görərdim ki, kişi futbolçulardan ibarət millimiz qızlardan nümunə götürsün.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR