Rusiya XİN: “NATO 2008-ci ildə baş verən faciələrdən dərs çıxarmayıb və Tiflisə “həvəsləndirici” siqnallar göndərməyə davam edir”

Rusiya XİN: “NATO 2008-ci ildə baş verən faciələrdən dərs çıxarmayıb və Tiflisə “həvəsləndirici” siqnallar göndərməyə davam edir”
# 10 sentyabr 2012 11:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Gürcüstanın NATO-ya mümkün üzvlüyü ilə bağlı söhbətlər Cənubi Qafqazda təhlükəsizliyi möhkəmləndirmir, əksinə, Gürcüstan hakimiyyətinin qisas cəhdlərini və regionda təzyiqi daha da artırır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

NATO baş katibinin Cənubi Qafqaza səfərinin şərh edən A. Lukaşeviç bildirib ki, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı söhbətlər regionda təzyiqi daha da artırır: “Bu ritorika ona dəlalət edir ki, NATO Cənubi Qafqazda 2008-ci ildə baş verən faciəvi hadisələrdən dərs götürməyib və Tiflisə “həvəsləndirici” siqnallar göndərməyə davam edir. Regionda təhlükəsizlik üçün real töhfə Cenevrə müzakirələrinə uyğun hüquqi təminatlar çərçivəsində Gürcüstan tərəfindən öz qonşularına qarşı gücün tətbiq olunmamasıdır”.

Qeyd edək ki, NATO baş katibi Anders Foq Rasmussen Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstanda olarkən “Gürcüstanın gələcək evi NATO-dur” bəyanatı ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR