“Bəxt üzüyü” filminin 20 illiyi qeyd olunacaq

“Bəxt üzüyü” filminin 20 illiyi qeyd olunacaq
# 24 fevral 2012 12:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən filmin 20 illiyinə həsr olunmuş tədbir “Nizami” Kino Mərkəzində təşkil olunacaq.

“Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqillik dövründə çəkilmiş ilk filmlərdəndir və bu günə kimi ən çox baxılan filmlər sırasındadır. Ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov,
bəstəkarı Eldar Mənsurovdur.

Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və başqaları çıxış edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR