«Bank Avrasiya»da əhalinin əmanətlərinin həcmi 11% azalıb

«Bank Avrasiya»da əhalinin əmanətlərinin həcmi 11% azalıb
# 30 oktyabr 2012 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 63,096 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 64% artaraq 36,649 mln. manat, o cümlədən istehlak kreditləri 18% artaraq 3,070 mln. manat, depozit portfeli 9,3% azalaraq 32,163 mln. manat, o cümlədən əhalinin əmanətləri 11% azalaraq 30,353 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 4,7% artaraq 20,965 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 54% artaraq 5,164 mln. manat, xərcləri isə 17% artaraq 4,342 mln. manata çatıb. Nəticədə, bankın bu ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəət 0,822 mln. manat olub. Ötən ilin 9 ayını isə bank 0,344 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin oktyabrın 1-nə bankın müştərilərinin ümumi sayı 2 436, aktiv plastik kartların sayı 1 812, işçilərin sayı isə 46 nəfər olub. Hazırda bankın 1 filialı, 6 bankomatı və 149 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR