Azərbaycanda iki azyaşlı uşaq yol qəzasında ölüb

Azərbaycanda iki azyaşlı uşaq yol qəzasında ölüb
# 08 oktyabr 2012 09:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir gündə iki azyaşlı uşaq yol qəzasında ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da saat 14.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində, qəsəbə sakinləri Mais Dövlətov «VAZ-2106» markalı avtomaşını idarə edərkən yolu keçən 2 yaşlı Zəhra İsmayılzadəni vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Digər hadisə isə Qazax rayonu ərazisində qeydə alınıb. Rayon sakini Aydın Əmiraslanov «Mitsubishi Pajero» markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini 9 yaşlı Şəlalə Abdullayevanı vurub. Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR