Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
# 23 fevral 2012 13:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov deyib ki, ermənilər Xocalıda törətdiklərini inkar etməklə yalançı imiclərini qorumağa çalışırlar. A. Dadaşov faciənin təfərrüatlarının beynəlxalq ictimaiyyətə çatdırılması işində hökumət və qeyri-hökumət qurumlarının fəaliyyətini də təqdirəlayiq hesab edib.

Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, onların torpaq iddiaları, Rusiyanın və başqa havadarlarının dəstəyi ilə ermənilərin işğalçılıq niyyətlərinin həyata keçirilməsi haqda danışan tarixçi-alim Vəkil Həsənov Qarabağ münaqişəsinin tarixi barədə çıxış edib.

Toplantıda digər çıxışçılar isə Xocalı faciəsinin insanlığa qarşı yönəldiyini və beynəlxalq ictimaiyyətin, dövlətlərin buna münasibət bildirməsinin vacibliyini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR