«Azərikimya»nın nümayəndə heyəti Türkiyənin «Petkim» şirkətində olub - FOTO

«Azərikimya»nın nümayəndə heyəti Türkiyənin «Petkim» şirkətində olub - <font color=red>FOTO</font>
# 15 may 2012 14:38 (UTC +04:00)
Bakı - APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin (İB) nümayəndə heyəti neft-kimya istehsalatı üçün kadr hazırlığı və təcrübə mübadiləsi məsələləri ilə bağlı bu günlərdə Türkiyənin «Petkim Petrokimya Holding» Şirkətində olub və bir sıra işgüzar görüşlər keçirib.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, «Petkim» rəhbərliyi ilə görüş zamanı «Azərikimya» ilə gənc kimyaçı kadrların peşə hazırlığının artırılması sahəsində birillik əməkdaşlığın nəticələri təhlil olunub, yaxın perspektivdə bu istiqamətdə görüləcək işlər, onların səmərəsini artırmaq yolları müzakirə edilib.

Keçirilən birgə müşavirədə «Azərikimya» üzrə təcrübə mübadiləsinə ehtiyacın daha çox olduğu vəzifə və peşələr təhlil edilərək, qısa müddət ərzində «Petkim»in kadr hazırlığı departamentinə müvafiq sənədin təqdim edilməsi qərara alınıb, hər iki müəssisənin kadr hazırlığı üzrə mütəxəssisləri tərəfindən ilkin təcrübə proqramının hazırlanmasının və onun əsasında 2 il müddətində hər yarım ildən bir bu cür işgüzar görüşlərin təşkil edilməsinin vacibliyi vurğulanıb.

«Petkim Petrokimya Holding» Şirkətlər qrupunun baş direktoru Hayati Öztürklə keçirilən görüşdə hər iki tərəf belə bir optimal proqram yaradıldıqdan sonra partnyor müəssisələr arasında təcrübə mübadiləsinin daha çox fayda verəcəyi, istehsalat sahələrində iş rejimi, əmək intizamı və təhlükəsizlik qaydaları ilə bağlı görülən profilaktik tədbirlər və ümumilikdə «Petkim»də tətbiq olunan motivasiya və qiymətləndirmə sistemi barədə müzakirələr və fikir mübadiləsi aparılıb.

«Azərikimya»nın nümayəndələri «Petkim»in istehsalat sahələrinə baxış keçirib, onun elektron-kompüter sistemli idarəetmə mərkəzində olub, burada istehsalat təcrübəsində olan sumqayıtlı kimyaçı mütəxəssislərlə görüşərək, onların təcrübə prosesi, müasir tələblər səviyyəsində yaradılmış iş və məişət şəraiti ilə yaxından tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR