Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün reaktiv raketlər göndərməyə başlayıb

Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün reaktiv raketlər göndərməyə başlayıb
# 13 fevral 2012 09:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu, ROKETSAN-ın Azərbaycana ilk irihəcmli ixracatıdır.

Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında şirkət müxtəlif çaplı raketlər tədarük edəcək. Müqavilənin dəyəri və nə vaxt başa çatdırılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, paralel olaraq Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ROKETSAN-la 107 və 122 mm-lik reaktiv raketlərin birgə istehsalını planlaşdırır. Bu raketlərin mühərrikləri Türkiyədə ROKETSAN tərəfindən istehsal olunacaq. Sonra isə Bakıda MSN-in istehsalı olan qəliblərə yerləşdiriləcək.

Azərbaycan rəsmilərinin sözlərinə görə, qarşıdakı illərdə 122 mm-lik raketlərin atılması üçün ROKETSAN-ın xüsusi raket buraxılış sisteminin («Sakarya») birgə istehsalı nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR