Prezident İlham Əliyev Litvanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - FOTO

Prezident İlham Əliyev Litvanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - <font color=red>FOTO</font>
# 06 iyul 2012 14:43 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı səfir Kestutis Kudzmansa diplomatik fəaliyyəti dövründə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Bu müddətdə əlaqələrimizin inkişafında böyük irəliləyişlərin olduğunu vurğulayan dövlət başçısı Litva prezidentlərinin, baş nazirin və parlament sədrinin Azərbaycana səfərlərini məmnunluqla xatırladıb, əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ikitərəfli münasibətlərimizin inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb. O, Litva rəhbərlərinin Azərbaycana səfərləri zamanı ölkəmizdə gedən yüksək inkişaf proseslərinin şahidi olduqlarını deyib və Azərbaycanın uğurlarına sevindiklərini bildirib.
Litvalı diplomat ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR