Azərbaycanın BMT yanında daimi nümayəndəsi BMT baş katibi ilə görüş keçirib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi BMT baş katibi ilə görüş keçirib
# 25 aprel 2012 09:14 (UTC +04:00)
Daimi nümayəndəlikdən APA-ya verilən məlumata görə, görüş zamanı cari ilin may ayında Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyinin başlanması, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması və terrorçuluqla mübarizənin gücləndirilməsi kimi məsələlər və nəzərdə tutulan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Bölgədə mövcud vəziyyət daxil olmaqla, bir sıra maraq kəsb edən məsələlərə də toxunulub və təşkilatla əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR