PKK terrorçuları Hatayda polis və jandarm məntəqələrinə hücum ediblər

PKK terrorçuları Hatayda polis və jandarm məntəqələrinə hücum ediblər
# 14 avqust 2012 00:49 (UTC +04:00)
Bakı-APA. PKK terror təşkilatı gecə saatlarında Türkiyənin Hatay vilayətində polis və jandarm məntəqələrinə eyni vaxtda hücum həyata keçirib. Hadisə vilayətin Erzin ilçəsində baş verib. Terrorçular məntəqələri iri çaplı silahlardan atəşə tutublar. Atışma 10 dəqiqə davam edib. Cavab atəşi ilə qarşılaşan terrorçular hadisə yerindən qaçıblar. Atışma nəticəsində iki polis nəfəri yaralanıb. Polislər Osmaniyə Dövlət xəstəxanasına çatdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR