«DəmirBank» POS-terminalı pulsuz quraşdırır
16 fevral 2012 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ticarət, əyləncə və xidmət mərkəzlərində və müəssisələrində POS-terminalların pulsuz quraşdırılmasını təklif edir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, POS-terminalların quraşdırılması üçün «DəmirBank»ın istənilən filialına müraciət etmək zəruridir.
Qeyd edilir ki, POS-terminalların quraşdırılması və nağdsız ödənişlər ticarət, əyləncə və xidmət mərkəzlərinin və müəssisələrinin nağd pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinin və iş vaxtı sərfinin azaldılmasına kömək edəcək.
Xatırladaq ki, 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda «DəmirBank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın 30 filialı, 55 bankomatı, 333 POS-terminalı və 745 işçisi mövcuddur.

Maliyyə
AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
17:35
30 may 2024
Hesablama Palatası Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edib
16:29
30 may 2024
Naxçıvan Təhsil Nazirliyində hüquqpozmalarla bağlı Baş Prokurorluğa müraciət edilib
16:22
30 may 2024
Yelo Bank yeni Visa Infinite kartını təqdim edib - FOTO
16:15
30 may 2024