Xaçmazda külli miqdarda çətənə kolu becərilən sahə aşkarlanıb

Xaçmazda külli miqdarda çətənə kolu becərilən sahə aşkarlanıb
# 14 sentyabr 2012 20:20 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində aqrotexniki qaydada becərilən külli miqdarda narkotik tərkibli çətənə kolu aşkar edilib. APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Nərəcan İnzibati Ərazi Vahidliyinə daxil olan meçə massivində 4,5 sot ərazidə 990 ədəd çətən kolunun becərildiyi müəyyənləşdirilib. “Xaş-xaş 2012” əməliyyat axtarış tədbirləri nəticəsində çətənə kollarını Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakinləri 1971-ci il təvəllüdlü Qəribov Pərviz Ramiz oğlu, 1989-cu il təvəllüdlü Bayramov Ramin Mahir oğlu və 1991-ci il təvəllüdlü Təhməzov Sərxan Valeh oğlu əkiblər. Çətənə kollarının ümumi çəkisi 674 kq-dır.

Faktla bağlı istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR