Azərbaycanda 26 yaşlı oğlanın başı kəsilib

Azərbaycanda 26 yaşlı oğlanın başı kəsilib
# 09 aprel 2012 06:56 (UTC +04:00)
Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Şıxlinski küçəsi ev 47, mənzil 55 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 26 yaşlı Elmir Soltan oğlu Soltanovun meyiti tapılıb. O, boğazı kəsilərək öldürülüb. Qətlin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR