Azərbaycanın cənub bölgəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Azərbaycanın cənub bölgəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 15 mart 2012 06:49 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə ötən gecə Ələt-Astara yolunun 160-cı kilometrliyində, Masallı rayonu ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1972-ci il təvəllüdlü Xansuvarov İqbal Bəhmən oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil “Volvo” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü və sərnişinləri Ramil Süleymanov, Valeh Ağayev hadisə yerindəcə dünyasını dəyişib. Həmin maşında olan daha iki sərnişin - Elçin Xansuvarov və onun qardaşı Eyvaz isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR