“Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihənin icrasına başlanıb - FOTO

“Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihənin icrasına başlanıb - <font color=red>FOTO</font>
# 17 avqust 2012 15:00 (UTC +04:00)
Bakı – APA. Avqustun 17-də Şəkidə Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi və Bakı Gənclər Klubu ictimai birliyinin təşkilatçılığı ilə “Tariximizi Öyrənək, İrsimizi Qoruyaq!” adlı layihənin icrasına başlanılıb.

GUN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində müsabiqə nəticəsində seçilmiş 140 gənc iki mərhələyə bölünməklə, təşkil edilmiş yay düşərgəsində avqust-sentyabr ayında istirahətlə yanaşı, Azərbaycan tarixini də öyrənmək imkanı əldə edəcək.

Layihənin əsas məqsədi gənclərə Azərbaycan tarixini, onun təbliğini geniş şəkildə öyrətməkdir.

Müsabiqədə xarici dil bilən və Azərbaycan tarixinin öyrənilməsinə maraq göstərən gənclərə üstünlük verilib ki, onlar da gələcəkdə Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliğatına yardımçı ola bilsinlər.

Layihənin Şəkidə keçirilməsində məqsəd isə Alban tarixinə aid olan abidələrin bu bölgədə daha çox yerləşməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR