İranda 4 nəfər əhalinin gözü qarşısında edam edilib - FOTOSESSİYA

İranda 4 nəfər əhalinin gözü qarşısında edam edilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 noyabr 2012 09:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şiraz şəhərində 4 nəfər əhalinin gözü qarşısında asılaraq edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddə qaçaqmalçılığında günahlandırılıblar.

Şiraz məhkəməsinin çıxardığı ölüm hökmü şəhər mərkəzində səhər saatlarında icra edilib. Hazırda həbsxanada 9 nəfərin də edam hökmünün icrasını gözlədiyi bildirilir.

Qeyd edək ki, ötən gün Tehranda 10, Şirazda 3 və Zərənddə də 1 nəfər dara çəkilib. İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR