Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak ediblər - FOTO

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak ediblər - <font color=red>FOTO</font>
# 28 iyun 2012 07:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak ediblər. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin Bosniya və Herseqovina, Qvatemala Respublikasının ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının Konvensiyanın bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılıb.

Bundan başqa, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilib. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilib.

Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun növbəti sessiyasının cari ilin avqustunda keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR