Fələstinin Azərbaycandakı səfiri ADU-da olub - FOTO

Fələstinin Azərbaycandakı səfiri ADU-da olub - <font color=red>FOTO</font>
# 29 avqust 2012 10:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov qarşıdan gələn yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib. Rektor Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını, rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını, bu istiqamət üzrə artıq 10 tələbənin təhsil aldığını qeyd edib. Rektor səfiri Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində bir daha ADU-ya dəvət edib.

Səfir Nasir Əbdül Kərəm A.Rəhim, öz növbəsində, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu dilə gətirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR