“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin adı dəyişdiriləcək

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin adı dəyişdiriləcək
# 13 sentyabr 2012 14:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O bildirib ki, qanun layihəsi “Demoqrafik təhlükəsizlik haqqında” və ya “Ailə tənzimlənməsi haqqında” adlana bilər: “Hazırda komitəmizin üzvləri ilə bu məsələnin üzərində işləyirik. Çünki bu sənəd hələ parlamentin üçüncü çağırışı zamanı ciddi müzakirələrə səbəb olub və birinci oxunuşdan geri qaytarılıb”.

H. Rəcəbli bildirib ki, qanun layihəsi daha təkmil formada hazırlanaraq yeni adla payız sessiyasında ən azı komitə səviyyəsində müzakirəsinə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR