Ramin Mehmanpərəst: “İranın nüvə enerjisinə sahib olmaq haqqından imtina etməsi müzakirə mövzusu ola bilməz”

Ramin Mehmanpərəst: “İranın nüvə enerjisinə sahib olmaq haqqından imtina etməsi müzakirə mövzusu ola bilməz”
# 08 may 2012 13:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə enerjisinə sahib olmaq haqqından imtina etməsi müzakirə mövzusu ola bilməz. İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşmasına (NPT) sadiq qalacaq və bu sazişin verdiyi bütün haqlardan da faydalanacaq”. APA-nın məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, mayın 13-14-də Avstriyanın Vyana şəhərində İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti müzakirələr keçiriləcək: “Bu təşkilatla əməkdaşlığımiz davam edəcək. Müzakirələrdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi əsas mövzulardan biri olacaq. Bu müzakirənin mayın 23-də Bağdadda İranla “altılıq” ölkələri arasında aparılacaq növbəti danışıqlara cüzi də olsa təsiri olacaq”. R. Mehmanpərəst sülh məqsədli nüvə enerjisinə sahib olmağa hər bir ölkənin haqqı çatdığını və bunun da NPT və AEBA tərəfindən qeydiyyata alındığını söyləyib. O, mayın 23-də İranla “altılıq” ölkələri arasında aparılacaq danışıqlarda İranın nüvə proqramı ilə bağlı şübhələrin aradan qaldırılması və sülh məqsədli nüvə enerjisinə sahib olmaq haqqının tanınması kimi mövzuların da müzakirə ediləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR