Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq

Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq
# 14 may 2012 10:31 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, müqavilələrin icrası ilə hazırda Rusiyanın «Oboronprom» Konserninin nəzarəti altında olan iki müəssisə – «Kazan Vertolyot Zavodu» və «Rosvertol» (Rostov-Donda yerləşir) şirkətləri məşğul olur.

Helikopterlərin çatdırılmasına ötən ilin sonlarından başlanıb.

Müqavilə üzrə çatdırılacaq helikopterlərin 40 ədədi Mi-17-V1 tipli hərbi-nəqliyyat, 24-ü isə Mi-35M tipli döyüş helikopteridir.

Bu, Azərbaycan və Rusiya arasında hərbi aviasiya vasitələrinin alğı-satqısına dair imzalanmış ən böyük müqavilədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR