İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib
# 19 may 2012 11:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın İsfahan şəhərində 2 nəfər edam edilib. APA-nın məlumatına görə, bu barədə İsfahan vilayətinin prokuroru Məhəmmədrza Həbibi açıqlama verib. O bildirib ki, Fərşid və Bağır adlı 2 gənc 2009-cu ilin noyabr ayında bir evə daxil olaraq, ev sahibinin və qızının əllərini bağlayıb, pullarını və qızıl əşyalarını oğurlayıblar. Oğurluqda təqsirləndirilən gənclər barəsində məhkəmədə ölüm hökmü çıxarıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra bu gün İsfahan həbsxanasında icra edilib. M. Həbibi əlavə edib ki, məhkəmə bu cür cinayət işlərinə növbədən kənar baxır və cəzalandırmaq üçün qərar verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR