Nazir: «Bakı-Ərzurum qaz boru kəmərinin gücü üç dəfədən çox artırıla bilər»

Nazir: «Bakı-Ərzurum qaz boru kəmərinin gücü üç dəfədən çox artırıla bilər»
# 24 aprel 2012 09:17 (UTC +04:00)
Bu, «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq və bu kəmər vasitəsi ilə nəql olunacaq əlavə 16 mlrd. kubmetrin nəqlinin təşkili üçün nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, eyni zamanda perspektivdə Trans-Xəzər boru kəmərinin tikintisi və bu kəmər vasitəsi ilə Bakı-Tbilisi-Ərzurum kəmərinə Türkmənistan qazının nəql edilməsi baş verərsə, Bakı-Ərzurum kəmərinin gücünün hətta 55 mlrd. kubmetrə çatdırılması mümkündür. Lakin hələlik Transxəzər boru kəməri ilə bağlı hər hansı konkret nəticə yoxdur, halbuki N.Əliyevin sözlərinə görə, Azərbaycanın bu layihə ilə bağlı siyasi iradəsi var. Bu məsələdə hazırda Türkmənistanın mövqeyi qeyri-müəyyəndir, Azərbaycan isə öz tərəfindən özündən asılı olacaq bütün məsələləri həll etməyə hazırdır. N.Əliyev bildirib ki, Trans-Xəzər boru kəməri layihəsi üzrə danışıqlar hələ də davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR