Dünyanın ən böyük birja şirkəti Azərbaycan fond bazarını inkişaf etdirmək istəyir

Dünyanın ən böyük birja şirkəti Azərbaycan fond bazarını inkişaf etdirmək istəyir
# 27 fevral 2012 11:25 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi»nin növbəti mərhələsi üzrə məsləhətçi xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar tender təkliflərinin açılış mərasimi keçirilib.

QKDK-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tender üzrə 4 təşkilatdan sənədlər qəbul edilib. Bu, «Corporate Solutions», «Deloitte & Touche LLC», Türkiyə Kapital Bazarları Şurası və «NASDAQ OMX»dir. Növbəti mərhələdə qeyd olunan təşkilatların texniki və maliyyə təkliflərinin qiymətləndirilməsi həyata keçiriləcək.

Qeyd edək ki, «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» Azərbaycan və Dünya Bankı arasında imzalanmış müqaviləyə uyğun olaraq DB-nin krediti hesabına həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR