Türkiyədə keçirilən film festivalında uydurma “erməni soyqırımı” mövzusunda film nümayiş etdiriləcək
15 mart 2012 08:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin İstanbul şəhərində qadın rejissorların X “FilmMor” beynəlxalq kino festivalı başlayıb. APA-nın xəbərinə görə, Türkiyədən və dünyanın müxtəlif ölkələrindən 10 qadın rejissorun qatıldığı festivalda uydurma “erməni soyqırımı” mövzusunda çəkilmiş “Nənəmin döymələri” adlı filmin nümayişi də planlaşdırılır. Türkiyədə təşkilatçılara bu filmin nümayişə çıxarılmaması üçün təzyiqlər olmasına baxmayaraq, təşkilatçılar öz fikirlərində qəti olduqlarını bildiriblər və filmin göstəriləcəyini deyiblər. Filmin İstanbuldakı Fransa Mədəniyyəti Evində nümayişi nəzərdə tutulub.
İçveçli rejissor Süzanna Xardalyanın çəkdiyi filmin təqdimatı 2011-ci ilin sentyabrında keçirilib və 3 dəfə İsveçin dövlət televiziyasında göstərilib. Filmin digər telekanallarda, o cümlədən “Əl-Cazirə” telekanalında da nümayiş olunduğu bildirilir.
Filmin süjet xəttində bir erməni qadının guya türklər tərəfindən girov götürülməsindən, əsirlikdə saxlanılmasından və zorakılıqlara məruz qalmasından danışılır.

Avropa
BCM-nin Netanyahu və Qallantın həbs ilə bağlı tələbi İsraildə qəzəblə qarşılanıb
19:38
20 may 2024
Pentaqon rəhbəri: Rusiya Ukrayna sərhədi boyunca yaxın həftələrdə daha da irəliləməyə çalışacaq
17:27
20 may 2024
Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəlib
15:50
20 may 2024
KİV: Robert Fitsonun səhhətində irəliləyiş müşahidə olunur
14:11
20 may 2024