“APA-Group”-un baş direktoru Vüsalə Mahirqızı Qərbi Asiya Qadınlar Birliyinin Ankarada keçirilən toplantısında çıxış edib- FOTO

“APA-Group”-un baş direktoru Vüsalə Mahirqızı Qərbi Asiya Qadınlar Birliyinin Ankarada keçirilən toplantısında çıxış edib- <font color=red>FOTO</font>
# 25 fevral 2012 18:11 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda Suriya, İraq, İran və Livandan siyasi partiya və QHT-lərin qadın təmsilçiləri, Türkiyədən bəzi qadın millət vəkilləri, siyasi partiya və QHT nümayəndələri, tanınmış jurnalistlər, Qərbi Asiya ölkələrinin Ankaradakı diplomatik missiyalarının əməkdaşları iştirak ediblər.

V. Mahirqızı çıxışında bölgə ölkələri arasında əməkdaşlığın güclənməsinin vacibliyinə diqqət çəkib: “Qərbi Asiya ölkələrinin əksəriyyəti müsəlman ölkəsidir. Bu ölkələrin regional, eləcə də beynəlxalq məsələlərdə birgə hərəkət etməsi vacibdir. Lakin bunun üçün öncə bu ölkələr bir-birinə münasibətdə səmimi və dürüst olmalı, bir-birinin əleyhinə addımlar atmamalıdırlar. Təəssüflə deməliyəm ki, bəzi ölkələr tərəfindən bunun əksini görürük. Qonşumuz İran torpaqlarımızın 20%-ni işğal altında tutan Ermənistana hər cür dəstəyi verir. İşğalçıya dəstək vermək heç bir ölkəyə yaraşmır, İran kimi müsəlmançılıq qaydaları ilə idarə olunan ölkəyə isə heç yaraşmır. Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni uzun müddətdən bəri işğal altında saxlaması qəbul edilməzdir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi bölgə ölkələri arasında bizim də arzu etdiyimiz əməkdaşlığın sürətlə inkişaf etməsinə səbəb olacaq”.

Daha sonra erməni terrorçularının 20 il əvvəl törətdikləri Xocalı soyqırımı barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Vüsalə Mahirqızı Meksika və Pakistandan sonra İslam Konfransı Təşkilatının üzvü olan 51 ölkənin də Xocalı faciəsini soyqırımı kimi tanımasının təcavüzkar Ermənistan üzərində təzyiq yaradacağını, buna görə Qərbi Asiya ölkələrinin parlamentlərinin də Xocalı faciəsini soyqırımı kimi tanımaları üçün iştirakçılardan fəallıq göstərmələrini istəyib. Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün beynəlxalq təşkilatların öz missiyalarını yerinə yetirməməsindən şikayətlənən Vüsalə Mahirqızı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin də yerinə yetirilmədiyini xatırladaraq, beynəlxalq təşkilatların təcavüzkar Ermənistana münasibətdə yol verdikləri ikili standartı tənqid edib. Vüsalə Mahirqızı konfrans iştirakçılarını 26 fevralda İstanbulun “Taksim” meydanında keçiriləcək Xocalı yürüş-mitinqində iştiraka çağırıb.

Qeyd edək ki, Qərbi Asiya Qadınlar Birliyinin ilk toplantısı ötən ilin oktyabrında Suriyanın paytaxtı Dəməşqdə keçirilib. Ankaradakı konfransda təşkilatın məqsəd və vəzifələri müəyyənləşdirilərək dünya miqyasında təşkilatlanmasına start veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR